...

Qərb Suriyada yeni bohrana təhrik edir - İran spikeri

Siyasət Materials 30 May 2012 15:39 (UTC +04:00)
Görünür ki, ABŞ və digər Qərb ölkələri Suriyada və Yaxın Şərq regionunda yeni böhrana təhrik edir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü İran parlamentinin spikeri Əli Laricani bildirib.
Qərb Suriyada yeni bohrana təhrik edir - İran spikeri

Azərbaycan, Bakı, 30 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Görünür ki, ABŞ və digər Qərb ölkələri Suriyada və Yaxın Şərq regionunda yeni böhrana təhrik edir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü İran parlamentinin spikeri Əli Laricani bildirib.

"ABŞ hesab edir ki, Liviyaya edilən müdaxilə nümunəsində Suriyaya da hərbi müdaxiləni təşkil etmək mümkündür. Onlar regional problemləri dəyərləndirə bilmirlər və ABŞ-ın indiki Prezidenti eks-prezident Karterin öz dövründə etdiyi siyasi səhvləri təkrarlayır", - Laricani deyib.

Onun sözlərinə görə, Suriyadakı müharibə Fələstinə sıçrayacaq ki, bu da öz növbəsində İsrailə təsir edəcək.

Laricaninin fikrincə, Liviyanın Benqazi şəhərində baş verən hadisələrin ssenarisi Suriyada mümkün deyil, burada vəziyyət başqadır.

İran spikeri Qərb ölkələrini ehtiyatlı olmağa və regionda "təhlükəli oyunlar"a başlamamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti