...

Azərbaycan İrana üçüncü nota göndərib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 May 2012 17:30 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:13-də yayılıb)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi İranda itkin düşmüş iki Azərbaycan vətəndaşı ilə bağlı çərşənbə günü bu ölkəyə daha bir nota göndərib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu, Tehrana göndərilən artıq üçüncü notadır.

"Azərbaycan üçün hər bir vətəndaşın taleyi vacibdir. Bakı 25 gün ərzində İrandan cavab gözləyir", - Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycanın İrandakı səfirinin geri çağırılması barədə məlumat həqiqətəuyğun deyil.

"Azərbaycan məsləhətləşmələr üçün səfirini geri çağırmayıb. Ola bilsin ki, o, şəxsi işlərinə görə gəlib", - Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti