...

Azərbaycan Xarici İşlər Nazirliyi yeni saytını işə salıb

Siyasət Materials 30 May 2012 18:28 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yeni saytını işə salıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyi yeni saytını işə salıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yeni saytını işə salıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

"Saytın yenilənmiş variantında ayrıca bölmə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib", - Abdullayev bildirib.

Onun sözlərinə görə, saytın xəbərləri üç əsas bölməyə ayrılır: xəbərlər, xarici işlər nazirinin bəyanat və çıxışları. Xəbərlər bölməsinə, həmçinin Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri daxildir.

Abdullayev qeyd edib ki, sayt iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, saytda Azərbaycanın beynəlxalq təşkilatlarla - BMT, ATƏT, Aİ, AŞ, NATO və digərləri ilə əməkdaşlığı haqqında məlumat yerləşdiriləcək.

XİN-in saytının ünvanı - www.mfa.gov.az

Xəbər lenti

Xəbər lenti