...

Azərbaycan və Rusiya arasında inkişaf etmiş münasibətlər var - xüsusi nümayəndə

Siyasət Materials 31 May 2012 18:06 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər o qədər inkişaf edib ki, görüş və səfərlərin təşkil edilməsi üçün hər hansı xüsusi səbəb tələb olunmur.
Azərbaycan və Rusiya arasında inkişaf etmiş münasibətlər var - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Rusiya arasında münasibətlər o qədər inkişaf edib ki, görüş və səfərlərin təşkil edilməsi üçün hər hansı xüsusi səbəb tələb olunmur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçov bildirib.

"Mən xüsusi nümayəndə kimi MDB dövlətlərinə xarici səfərlər edirəm və Azərbaycan şərtsiz prioritetlərimizdən biridir", - Kosaçov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi, siyasi və humanitar sahələrdə maraqların kəsişdiyi ölkədir.

"Məhz humanitar sahə bir çox hallarda xoşbəxtlikdən Azərbaycan və Rusiyada az olan iqtisadi və siyasi problemlərin həllində açar rolunu oynaya bilər", - Kosaçov qeyd edib.

Xüsusi nümayəndənin sözlərinə görə, Azərbaycanda çoxsaylı rusiyalı həmyerlilər yaşayır. Onlar öz tarixi vətənləri tərəfindən diqqətə ehtiyac duyurlar, lakin xoşbəxtlikdən bu dəstək fövqəladə xarakter daşımır.

"Azərbaycandakı rusiyalı həmyerlilərlə, o cümlədən rus dili ilə bağlı vəziyyət MDB-nin bir çox ölkələrindən daha çox qaydasındadır", - o deyib.

Xəbər lenti

Xəbər lenti