...

Azərbaycan ilə NATO arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 13 İyun 2012 18:45 (UTC +04:00)
NATO-nun mənzil-qərargahında bəzi tərəfdaş dövlətlərin iştirakı ilə NATO və Azərbaycan arasında planlaşdırma və analiz prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.
Azərbaycan ilə NATO arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend/

NATO-nun mənzil-qərargahında bəzi tərəfdaş dövlətlərin iştirakı ilə NATO və Azərbaycan arasında planlaşdırma və analiz prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Azərbaycanın NATO yanında nümayəndəliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, qarşılıqlı əməkdaşlıq və NATO qüvvələri ilə uyarlılıq məsələləri müzakirə edilib və Alyans əməliyyatlarına Azərbaycanın töhfəsi yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu görüş NATO ekspertlərindən ibarət qrupun cari ilin 9-13 aprel tarixlərində ölkəmizə səfərin nəticələrinə əsasən həyata keçirilib.

Görüşdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlar və NATO yanında nümayəndəliyin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti