...

Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Əlavə Tədbirlər Planı təsdiq edilib

Siyasət Materials 22 İyun 2012 20:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı"nın təsdiq edilməsi və Azərbaycan Prezidentinin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Əlavə Tədbirlər Planı təsdiq edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı"nın təsdiq edilməsi və Azərbaycan Prezidentinin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na müvafiq olaraq Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində uğurla həyata keçirilən sosial və mühəndis infrastruktur layihələrinin, abadlıq və quruculuq işlərinin miqyasının genişləndirilməsi məqsədilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı" təsdiq edilsin.

Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Əlavə Tədbirlər Planının icrasını təmin edən zəruri tədbirlər görsmək; İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Əlavə Tədbirlər Planında 2013-cü il üzrə nəzərdə tutulmuş tədbirlərin Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadi İnkişaf Nazirliyinə isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Əlavə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək; "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə Azərbaycan Prezidentinə təqdim edilən məlumatlarla birgə bu sərəncamın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti