...

İranın Azərbaycandakı səfiri Bakıya qayıdıb

Siyasət Materials 25 İyun 2012 09:26 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya öz işinə qayıdıb.
İranın Azərbaycandakı səfiri Bakıya qayıdıb

Azərbaycan, Bakı, 25 iyun / Trend müxbir M.Əliyev/

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya öz işinə qayıdıb. Bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend-in müxbirinin səfirin qayıtması ilə bağlı sualını cavablandırarkən bildirib.

O deyib ki, səfir cümə günündən Bakıda öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Məhəmmədbağır Bəhrami ötən ayın sonlarında məsləhətləşmələr üçün Tehrana çağırılmışdı.

Xəbər lenti

Xəbər lenti