...

Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 30 İyun 2012 01:47 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb
Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun 30 illiyi münasibətilə təsis olunan xatirə medalını İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Əbdüləziz bin Osman əl-Tüveycri yenidən Bakıya səfərindən məmnunluğunu qeyd edərək Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.

Xəbər lenti

Xəbər lenti