...

SAM-in direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə olacaq

Siyasət Materials 30 İyun 2012 14:53 (UTC +04:00)
2 iyul 2012-ci ildə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankarada rəsmi səfərdə olacaq.
SAM-in direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə olacaq

Azərbaycan, Bakı, 30 iyun /Trend/

2 iyul 2012-ci ildə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankarada rəsmi səfərdə olacaq.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər müddətində SAM-ın direktoru Fərhad Məmmədov 2 iyul 2012-ci il yerli saatla 8:30-da (Bakı vaxtı ilə 10:30-da) Türkiyənin TRT-1 kanalının canlı proqramının qonağı olacaq. 3 iyul 2012-ci ildə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə müzakirəli görüş nəzərdə tutulur.

2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi arasında imzalanan protokola əsasən, iki tərəf arasında davamlı müzakirəli görüşlər keçirilməkdədir. Protokolun imzalanmasından sonra 2011-ci ilin iyun ayında SAM-ın nümayəndə heyəti Türkiyəyə səfər etmiş, oktyabr ayında iki tərəfli əməkdaşliq çərçivəsində Türkiyənin Kars, İqdır, Trabzon, Erzurum və Konya şəhərlərində Azərbaycan həftəsi keçirilmişdir. Bu səfərin məqsədi regional məsələlərdə qarşılıqlı fikir mübadiləsini davam etdirmək, iki tərəf arasında imzalanan protokol çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti