Leyla Əliyeva: Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanıb (FOTO)

Leyla Əliyeva: Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanıb (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə iştirak etmişlər. Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə "Dəyişən dünyada gələcək liderlərin rolu", "Qloballaşmanın ətraf mühitə təsiri" mövzularında məruzələr edilmiş, səmərəli müzakirələr aparılmışdır.

"Mən sizi gözəl şəhərimiz Bakıda salamlamaq istərdim. Ümidvaram ki, burada vaxtınız çox maraqlı keçir.

Mən çox vacib bir mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışmaq istərdim. Mən gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rolları haqqında danışmaq istərdim" Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iclasda çıxışında deyib.

Leyla Əliyeva bildirib ki, dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırıb.

"Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmlidir. Bugünkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir" Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanmışdır.

"Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir.

Bildiyiniz kimi, on bir iqlim qurşağından doqquzu Azərbaycan Respublikasındadır. Bu da Azərbaycanın təbiətini çox zəngin edir. Azərbaycanın zəngin təbiətinin qorunması üçün qarşımızda çox önəmli vəzifələr durur. Bunlar ətraf mühitin qorunması, suyun, təbiətin çirklənməməsi, qorunub saxlanılmasıdır. Azərbaycanda bizi narahat edən bütün həmin məsələləri həll etmək üçün gənclər bu prosesə fəal cəlb olunur.

Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim.
Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır" Leyla Əliyeva çıxışında bildirib.

Leyla Əliyeva qeyd edib ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır.

"Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır. Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq.

Sovet dövründə uzun illər neft və qaz hasilatı nəticəsində həm dənizdə, həm də quruda çoxlu çirklənmə baş vermişdir. Bu da bizə, müstəqil ölkəmizə bir problem kimi qalmışdır. Müstəqil Azərbaycan üçün həmin məsələləri həll etmək başlıca vəzifələrdən biridir. Biz bütün bunları nəzərə alaraq fəaliyyətə başlamışıq.

Bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunması çox vacib idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaratmışdı. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna vardır. Biz Azərbaycanda 2010-cu ili "Ekologiya ili" elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmişdir. Bu kampaniya gənclər arasında təşviq olunurdu.

Bildiyiniz kimi, Azərbaycan əhalisi dünyada ən gənc əhalilərdən biridir. Ona görə də biz çalışırıq ki, bütün bu məsələləri gənclərimizə aşılayaq. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə biz ölkəmizdə və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərimizə məlumat veririk.

Xanımlar və cənablar, dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilmişdir. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. Düşünürəm ki, "yaşıl iqtisadiyyat"ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. Əgər bu öhdəliklər yerinə yetirilsə, davamlı iqtisadi inkişaf da reallığa çevriləcəkdir. Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaqdır.

Bundan başqa, hesab edirəm ki, səmərəli tədbirlər planının həyata keçirilməsi üçün səmərəli təhsil lazımdır. Buna görə də biz öyrənməyə və öyrətməyə hazırıq. Sizi də bu təşəbbüslərə qoşulmağa çağırırıq.

Ümidvaram ki, doğrudan da Bakıda olmaqdan böyük həzz alırsınız və Bakı haqqında sizdə yalnız xoş xatirələr qalacaqdır" Leyla Əliyeva çıxışının sonunda deyib.

Məşhur amerikalı jurnalist, 1985-2010-cu illərdə "CNN" telekanalında yayımlanan "Larry King Live" tok-şousunun aparıcısı Larri Kinq Azərbaycanda gedən inkişaf proseslərinin onda çox dərin təəssürat yaratdığını bildirmişdir. Mövzunun əhəmiyyəti haqqında danışan L.Kinq gələcək nəsillərin sağlamlığı üçün ətraf mühitlə bağlı problemlərə diqqət yetirilməsinin zəruriliyini vurğulamış, bu məsələdə gənclərin, gələcəyin yeni liderlərinin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırmışdır. Larri Kinq demişdir: "Əgər biz təbiəti qorusaq, ətraf mühitin çirklənməsinə yol verməsək, insanların, öz ailəmizin, hətta doğulmayan uşaqlarımızın belə sağlamlığının qayğısına qalmış olarıq".

Əlcəzairin Sahibkarlar Konfederasiyasının prezidenti Bualem M'Rakaş təhlükəsiz gələcəyin təmin edilməsində gənc liderlərin rolu haqqında danışmış, bu baxımdan tədbirin əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, gənclər, xüsusilə də gənc liderlər gələcəkdə səhvlərə yol verilməməsi, daha böyük uğurların əldə edilməsi üçün keçmişi öyrənməli, təcrübə mübadiləsinə üstünlük verməlidirlər. Ekoloji problemlərin doğurduğu ciddi fəsadların qarşısının alınması üçün qüvvələrin səfərbər edilməsinin zəruriliyini vurğulayan B.M'Rakaş Azərbaycanda gənclərə göstərilən qayğının yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.

Avropa Parlamentinin üzvü Nirj Deva Leyla Əliyevanın çıxışında ətraf mühitlə bağlı nikbin fikirlər səsləndirməsinin onu sevindirdiyini bildirmişdir. O, Leyla xanım Əliyevanın ətraf mühitlə bağlı təşəbbüslərini, bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişdir.

Nirj Deva bildirmişdir ki, hazırda qlobal maliyyə böhranı ətraf mühitlə bağlı problemləri sanki arxa plana keçirmişdir. Lakin biz əgər bütün diqqətimizi maliyyə böhranına yönəltsək, ekoloji məsələlərə biganə yanaşsaq, təhlükəsiz gələcəklə bağlı ciddi problemlər yaşaya bilərik. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan gənclər ekoloji məsələlərin həlli istiqamətində fəal olmalı və bir-biriləri ilə əlaqələr qurmalı və bu əlaqələri inkişaf etdirməlidirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını diqqətə çatdırmışdır.

Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Elnur Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, 15 mindən çox azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri bildirmişdir ki, gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılmışdır.

Elnur Aslanov vurğulamışdır ki, gənclər Azərbaycanı uğurlu gələcəyə aparan, ölkəmizin siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran qüvvədir. Buna görə də Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biridir.

Malinin Milli Gənclər Şurasının prezidenti Siriman Traore, Şri-Lankanın "Eswaran Brothers Exports Ltd" təşkilatının sədr müavini Subramaniam Eassuwaren çıxışlarında dəyişən dünyada bir çox sahələrdə olduğu kimi, ekoloji sahədə də mövcud problemlərin həlli istiqamətində gənc liderlərin üzərinə düşən vacib roldan danışmış, gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaları üçün onların da üzərinə məsuliyyətin düşdüyünü vurğulamışlar.

Natiqlər Krans Montana Forumu çərçivəsində təşkil edilmiş bu iclasda müzakirə olunan aktual məsələlərin əhəmiyyətini vurğulamış, gənclərə önəmli çağırışların edildiyi bu kimi vacib tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.

Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Loading Bars
Xəbər lenti
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Bütün xəbərlər