...

NATO Azərbaycanın Əfqanıstandakı missiyaya töhfəsini yüksək qiymətləndirir – Rumıniya səfiri

Siyasət Materials 2 İyul 2012 11:34 (UTC +04:00)
NATO Azərbaycanın Əfqanıstandakı missiyaya töhfəsini yüksək qiymətləndirir.
NATO Azərbaycanın Əfqanıstandakı missiyaya töhfəsini yüksək qiymətləndirir – Rumıniya səfiri

Azərbaycan, Bakı, 2 iyul / Trend, müxbirlər Y.Kosolapova, E.Tariverdiyeva /

NATO Azərbaycanın Əfqanıstandakı missiyaya töhfəsini yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri, Azərbaycanla NATO arasında əməkdaşlığın əlaqələndiricisi Daniel Kristian Çobanu bildirib.

"Biz Azərbaycana ISAF (International Security Assistance Force) yüklərinin Əfqanıstana tranzitinə görə minnətdarıq", - Çobanu deyib.

O həmçinin qeyd edib ki, NATO Azərbaycanla alyans arasında çox yaxşı inkişaf edən münasibətləri yüksək qiymətləndirir.

Bazar ertəsi Bakıda "NATO-Azərbaycan" beynəlxalq məktəbinin (NISA) yay sessiyası açılıb.

NISA yay sessiyasının əsas mövzuları böhran və münaqişələrə nəzəri yanaşma, regional böhranlar, nüvə enerjisi və onun yayılmaması, iqtisadi və sosial inkişaf məsələləridir.

Xəbər lenti

Xəbər lenti