Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycan hakimiyyəti İranda saxlanılan azərbaycanlı yazarların taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov İran hökuməti ilə danışıqların aparıldığını, İran hökumətinin bu insanları nəyin əsasında həbs etdiyinin və onların taleyi ilə bağlı nə düşündüyünün müvafiq qurumlar tərəfindən öyrənildiyini deyib.
"Bizim tərəfimizdən də bu insanların İranda saxlanılması, onların sonrakı həyat və fəaliyyəti ilə bağlı nə mümkündürsə, o addımlar da atılır", - PA rəsmisi qeyd edib.
İki Azərbaycan vətəndaşı Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən İranda itkin düşüblər.