...

Herman Van Rompeyin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 3 İyul 2012 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey iyulun 4-5-də Azərbaycanda səfərdə olacaq.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Rompey Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmilərlə görüşlər keçirəcək.

Həmçinin Rompeyin Xarici Dillər Universitetində çıxış edəcəyi gözlənilir.

"Avropa İttifaqı Şurası sədrinin Azərbaycana səfəri Aİ ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsinin daha bir göstəricisidir. Gündəlikdə Assosiativ Saziş üzrə əldə olunan irəliləyişin müzakirəsi, enerji və iqtisadi sahədə əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri və əməkdaşlığın daha da genişləndirilməsi məsələsi var", - Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Xəbər lenti

Xəbər lenti