...

Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun geniş tərkibdə görüşü olub (FOTO)

Siyasət Materials 5 İyul 2012 12:05 (UTC +04:00)
İyulun 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun geniş tərkibdə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana səfərinin ölkəmizin Avropa İttifaqı ilə tərəfdaşlığının və dostluğunun əhəmiyyətli göstəricisi olduğunu vurğuladı.

Dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərinin çox əhəmiyyətli və məhsuldar olacağını, onda xoş təəssürat yaradacağına əminliyini ifadə etdi.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ölkəmizə səfərə dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Avropa İttifaqı Şurasının prezidenti dövlətimizin başçısı İlham Əliyev ilə əvvəllər müxtəlif tədbirlərdə keçirdiyi görüşləri xatırladı və indi Bakıda olmağından məmnunluğunu ifadə etdi. O dedi ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaqdır.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.

Xəbər lenti

Xəbər lenti