Azərbaycan, Bakı, 5 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.
"Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Meksika dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Enrike Penya Nietoya möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.