...

Rusiya Dövlət Duması spikerinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 7 İyul 2012 10:20 (UTC +04:00)
RF Dövlət Dumasının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına iyulun 7-9-da rəsmi səfərə gələcək.
Rusiya Dövlət Duması spikerinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir E.Tariverdiyeva/

RF Dövlət Dumasının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına iyulun 7-9-da rəsmi səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə parlamentin Aşağı Palatasının mətbuat xidmətindən məlumat verilib.

Spiker Sergey Narışkinin səfəri çərçivəsində Rusiya nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla ikitərəfli görüşləri planlaşdırılır.

"Əsas diqqət Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına ayrılacaq", - mətbuat xidmətindən bildirilib.

Narışkin habelə Heydər Əliyev Fonduna baş çəkəcək, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış edəcək, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarına diplomlar təqdim edəcək.

Narışkin Azərbaycana iyulun 7-9-da gələcək. Bu barədə öncə Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Bu, Narışkinin MDB ölkəsinə rəsmi səfəridir. Azərbaycan onun səfər etdiyi ilk postsovet ölkələrindən biridir", - səfir bildirib.

Qeyd edək ki, bu il Azərbaycan və Rusiya diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir.

Xəbər lenti

Xəbər lenti