...

Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

Siyasət Materials 7 İyul 2012 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov Azərbaycanla Litva arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib, Kestutis Kudzmanasa gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində, səfir ölkəmizdə işlədiyi dövrdə Litva ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Xəbər lenti

Xəbər lenti