...

İlham Əliyev Rusiya prezidentinə başsağlığı məktubu göndərib

Siyasət Materials 7 İyul 2012 23:32 (UTC +04:00)
Şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Krasnodar diyarında baş vermiş daşqınla əlaqədar olaraq başsağlığı məktubu göndərib.
İlham Əliyev Rusiya prezidentinə başsağlığı məktubu göndərib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Krasnodar diyarında baş vermiş daşqınla əlaqədar olaraq başsağlığı məktubu göndərib.

"Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün dost Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti