Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, təlimlər həftənin sonuna qədər davam edəcək.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlərdə müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.
Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başlayıb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək
