Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilib (FOTO)

Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Son altı ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev yarım ildə ümumi daxili məhsulun (ÜDM) 1,5 faiz, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirdi. "Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir", - deyən dövlətimizin başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğuladı.

Azərbaycan Prezidenti bildirdi ki, son altı ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində üç faiz azalsa da, qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olmuşdur. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınmışdır.

Dövlətimizin başçısı bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bundan əlavə, Bakı və ətraf qəsəbələrdə Dövlət Proqramına uyğun olaraq böyük həcmli işlər gedir, infrastruktur layihələri icra olunur, sosial layihələr həyata keçirilir. Regional inkişaf proqramının icrası nəticəsində altı ayda bölgələrdə 46 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 37 mini daimidir.

Prezident İlham Əliyev əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təmin olunmasının vacibliyinə diqqət çəkərək miqrantların ölkədə fəaliyyətinin tənzimlənməsi və bu sahədə qayda-qanunun yaradılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğuladı. "Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir", - deyən dövlətimizin başçısı sovet dövründən qalan əmanətlərə görə birdəfəlik ödənişlərin və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir.

"Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın", - deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatmışdır.

Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırdı. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır", - deyən Prezident İlham Əliyev danışıqlar prosesində müəyyən durğunluğun olduğunu və status-kvonun dəyişdirilməsinin vacibliyini vurğuladı.

Sonra maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev cari ilin altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

"Əminəm ki, ilin sonuna qədər iqtisadiyyatda müsbət meyillər daha da güclənəcəkdir", - deyən Prezident İlham Əliyev inflyasiyanın səviyyəsinin və manatın məzənnəsinin qorunub saxlanması, iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. Azərbaycan Prezidenti bildirdi ki, dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilələrinə tamamilə son qoyulmalı, elektron sistemə keçid sürətlə aparılmalı, ölkədə yeni sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, köhnəlmiş sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində mühüm tədbirlər görülməlidir.

Bundan əlavə, bəzi kənd və qəsəbələrdə əhalinin içməli su ilə daha yaxşı təmin olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, Azərbaycanın və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev TANAP layihəsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı Bakıda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin tikintisi və yenidən qurulmasına dair tapşırıqlarını verərkən gələn ilin büdcəsinin sosial və investisiya yönümlü olacağını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, indi Azərbaycanın strateji valyuta ehtiyatları 44 milyard dollardır və xarici dövlət borcu ÜDM-in yeddi faizini təşkil edir.

Dövlətimizin başçısı bu ilin mayında Azərbaycanda keçirilmiş "Eurovision-2012"nin yüksək səviyyədə təşkil edildiyini və müsabiqənin tarixində ən gözəl mahnı yarışmasının Bakıda təşkil olunduğunu bildirdi. Prezident İlham Əliyev müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğuladı.

"Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir", - deyə dövlətimizin başçısı iclasa yekun vurdu.

Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
İstanbulda yaşayış binası çökdü (VİDEO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Daxili Qoşunların Vətən müharibəsində iştirak edən hərbçisi vəfat edib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Hadrutda müharibədən sonra hər şey, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb - Rusiya nəşri
Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satdı
Meşədə narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Bütün xəbərlər