Azərbaycan, Bakı, 16 iyul /Trend müxbir M.Əliyev/
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yəhya Marufini fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Nazir Elmar Məmmədyarov Yəhya Marufiyə baş katib kimi fəaliyyəti dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Yəhya Marufi baş katib kimi gördüyü işlər barədə qısa məlumat verib və Azərbaycanın bu təşkilatda fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin Azərbaycanla İƏT arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.