...

Gələn ildən siyasi partiyaları dövlət maliyyələşdirəcək

Siyasət Materials 17 İyul 2012 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna bu yaxınlarda edilmiş dəyişikliklərin icrası gələn il baş tutacaq. Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, 2012-ci ilin büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələ gələn ilə qalıb.

Aparat rəhbərinin sözlərinə görə, qanunun icrasının yubanması məhz bu amillə bağlıdır.

"Növbəti ilin büdcəsinə baxılarkən bu məsələ nəzərə alınacaq. Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq", - Mirzəyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti