...

Həsən bəy Zərdabi muzeyində əsaslı təmir işlərinin aparılması üçün Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat ayrılıb

Siyasət Materials 19 İyul 2012 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.
Həsən bəy Zərdabi muzeyində əsaslı təmir işlərinin aparılması üçün Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat ayrılıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.

Sərəncama əsasən, Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti