...

BMT-nin nüfuzlu jurnalında Şuşanın tarixinə aid məqalə dərc edilib (FOTO)

Siyasət Materials 20 İyul 2012 10:44 (UTC +04:00)
BMT və digər beynəlxalq təşkilatların Cenevrə şəhərində yerləşən bölmələri yanında akkreditə olunmuş diplomatik korpusun yüksək tirajla ingilis və fransız dillərində çap edilən “UN Special” jurnalının ( www.unspecial.org) 718 saylı buraxılışında Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəylinin “Şuşa-Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc edilib
BMT-nin nüfuzlu jurnalında Şuşanın tarixinə aid məqalə dərc edilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

BMT və digər beynəlxalq təşkilatların Cenevrə şəhərində yerləşən bölmələri yanında akkreditə olunmuş diplomatik korpusun yüksək tirajla ingilis və fransız dillərində çap edilən "UN Special" jurnalının ( www.unspecial.org) 718 saylı buraxılışında Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Murad Nəcəfbəylinin "Şuşa-Azərbaycan mədəniyyətinin məbədi" adlı məqaləsi dərc edilib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəllif XVIII əsrin 50-ci illərində əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının siyasi və iqtisadi mərkəzinə çevrilən Şuşa şəhərinin tarixi abidələri, o cümlədən "Qara Böyükxanım qəsri", "Yuxarı və Aşağı Gövhərağa məscidləri", həmçinin milli memarlıq və şəhər quruculuğu nümunələri olan "Gəncə qala divarları" və "Xan bağı" haqqında oxuculara məlumat verib.

Məqalədə həmçinin, Şuşa şəhərinin Azərbaycan xalqının iqtisadi, mədəni və siyasi həyatında oynadığı mühüm rol və musiqi ənənələrinin mərkəzi kimi əhəmiyyəti göstərilib, bu şəhərin "Qafqazın Konservatoriyası" adlandırıldığı qeyd edilib.

Müəllif Şuşanın öz nadir tarixi və mədəni abidələri ilə yanaşı şair, bəstəkarlar və musiqiçiləri ilə də məşhur olduğunu diqqətə çatdırır və Azərbaycanın Dağlıq Qarabağ regionunun mədəniyyət və incəsənət beşiyi olan bu şəhərin Azərbaycan xalqının siyasi və mənəvi həyatında əvəzsiz rol oynadığını xüsusi vurğulayır.

Xəbər lenti

Xəbər lenti