Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahidə təbrik məktubu ünvanlayıb.
"Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Məhəmməd Vahidə möhkəm cansağlığı, işlərində uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıb.