...

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası inşa olunacaq

Siyasət Materials 25 İyul 2012 18:30 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası inşa olunacaq

Azərbaycan, bakı, 25 iyul /Trend/

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə ayrılmış vəsaitin aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti