...

Azərbaycanın rəsmi nümayəndəsi İranda həbs edilmiş azərbaycanlı şairlərlə görüşüb

Siyasət Materials 27 İyul 2012 11:30 (UTC +04:00)
Cümə axşamı, iyulun 26-da Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İranda həbs edilən azərbaycanlı şairlərlə görüşüb.
Azərbaycanın rəsmi nümayəndəsi İranda həbs edilmiş azərbaycanlı şairlərlə görüşüb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir S.Ağayeva/

Cümə axşamı, iyulun 26-da Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İranda həbs edilən azərbaycanlı şairlərlə görüşüb. Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Görüş Təbrizin istintaq təcridxanasında saxlanılanların hər biri ilə ayrı-ayrılıqda keçirilib", - Abdullayev deyib.

Şairlər vitse-konsula bildiriblər ki, onlar İrana qanunsuz səfər etməkdə günahlandırılırlar.

Abdullayev bildirib ki, Azərbaycan XİN indiyədək İran tərəfdən Azərbaycan vətəndaşlarına qarşı elan edilmiş ittihamla bağlı rəsmi məlumat almayıb.

Onun sözlərinə görə, şairlər bildiriblər ki, həbs olunduqları ilk günlərdə onları ayrı-ayrı saxlayıblar, sonra isə bir otaqda yerləşdiriblər.

"Baş konsulluq saxlanılan şairlərə bütün zəruri hüquqi yardım göstərir. Sabah şairlərin bu gün İrana uçan ailə üzvləri ilə görüşləri baş tuta bilər", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan XİN bu məsələni nəzarətdə saxlamaqda davam edir və şairlərin tezliklə azad olmaları üçün var gücü ilə səy göstərir.

İki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.

Xəbər lenti

Xəbər lenti