Azərbaycan, Bakı, 28 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
"Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımızın yekdil iradəsinə uyğun olaraq Azərbaycan ilə Mərakeş arasındakı möhkəm dostluq münasibətlərinin qorunub saxlanması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev VI Məhəmmədə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Mərakeş xalqına sülh və rifah arzulayıb.