Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbər heyətində yeni təyinatlar həyata keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə partiyadan məlumat verilib.
VİP sədri Əli Əliyevin sərəncamına əsasən, təşkilatlanma istiqamətində fəaliyyətini gücləndirən partiyada Nazim Məmmədov partiya sədrinin siyasi məsələlər, Adil Mir-Həsənli partiya sədrinin seçki məsələləri, Ramil Hüseynov partiya sədrinin təşkilat məsələləri üzrə müavini vəzifələrinə təyin olunublar.
Əliyevin digər sərəncamı ilə Asif Balakişiyev VİP Qeydiyyat Bölməsinin rəhbəri vəzifəsinə təsdiqlənib.