...

İran Türkiyəyə 100 casus göndərib

Siyasət Materials 1 Sentyabr 2012 10:55 (UTC +04:00)
İrana işləyən 9 casusun tutulmasından sonra Türkiyə xüsusi xidmət orqanları müəyyən ediblər ki, 2012-ci ilin mart ayından İran bu ölkəyə yaxşı təlim keçmiş daha 100 casus göndərib.
İran Türkiyəyə 100 casus göndərib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir A.Tağıyeva/

İrana işləyən 9 casusun tutulmasından sonra Türkiyə xüsusi xidmət orqanları müəyyən ediblər ki, 2012-ci ilin mart ayından İran bu ölkəyə yaxşı təlim keçmiş daha 100 casus göndərib. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, casuslar Türkiyə ərazisinə jurnalist və ya səfirlik əməkdaşı adı ilə keçiblər. Casuslar terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ilə təmas yaradıb, hərbi obyektlər və Suriya qaçqınları barədə məlumat toplayıblar.

Casuslar, əsasən, ölkənin şərq və cənub-şərq əyalətlərində fəaliyyət göstəriblər.

Bundan əvvəl Türkiyənin İğdır əyalətində İran lehinə casusluq etməkdə şübhəli bilinən 9 nəfər saxlanılmışdı.

Xəbər lenti

Xəbər lenti