...

Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq

Siyasət Materials 1 Sentyabr 2012 10:48 (UTC +04:00)
Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq.
Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq. Bu barədə şənbə günü Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

"Azərbaycan vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər", - İsgəndəri deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunmuşdu.

İran Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etmələri üçün viza rejimini 2010-cu il fevral ayından ləğv edib.

Xəbər lenti

Xəbər lenti