İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında fərman imzalayıb

İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Prezident İlham Əliyev cümə axşamı "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. dörd ay müddətində:
1.4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikinti layihələrini ekspertizadan keçirən ekspertiza müəssisələrinin yanlış rəyi nəticəsində tikinti obyektinə dəymiş ziyana görə mülki və inzibati məsuliyyət müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.3. dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.4. həmin Məcəllənin 90.4-cü maddəsinə uyğun olaraq, tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.5. həmin Məcəllənin 92.10-cu maddəsinə uyğun olaraq, tikinti işlərinin dayandırılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.6. həmin Məcəllənin 95.7-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.7. həmin Məcəllənin 97.5-ci maddəsinə uyğun olaraq, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin Məcəllənin 47.4.3-cü və 95.1.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. beş ay müddətində:
1.6.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
1.6.2. həmin Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.3. həmin Məcəllənin 20.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-birilə razılaşdırma qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.4. həmin Məcəllənin 22.7-ci maddəsinə uyğun olaraq, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.5. həmin Məcəllənin 30.3-cü maddəsinə uyğun olaraq, ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.6. həmin Məcəllənin 32.3-cü maddəsinə uyğun olaraq, ümumi və baş planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.7. həmin Məcəllənin 33.3-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, monitorinqin predmetini və həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.8. həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.9. həmin Məcəllənin 52.3-cü maddəsinə uyğun olaraq, peşəkarlıq sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydalarını, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.10. həmin Məcəllənin 55.1-ci maddəsinə uyğun olaraq, tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.11. həmin Məcəllənin 55.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, akkreditasiya qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.12. həmin Məcəllənin 57.3-cü maddəsinə uyğun olaraq, Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.13. həmin Məcəllənin 58.4-cü maddəsinə uyğun olaraq, mühəndis-axtarış işlərinin yerinə yetirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.14. həmin Məcəllənin 60.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.15. həmin Məcəllənin 63.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.16. həmin Məcəllənin 67.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.17. həmin Məcəllənin 69.8-ci maddəsinə uyğun olaraq, ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.18. həmin Məcəllənin 75.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısını və onların tətbiqi hallarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.19. həmin Məcəllənin 77.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı halları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.20. həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.21. həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
1.6.22. həmin Məcəllənin 83.0.5-ci maddəsinə uyğun olaraq, tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan halları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.23. həmin Məcəllənin 98.3-cü maddəsinə uyğun olaraq, texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.24. həmin Məcəllənin 101.4-cü maddəsinə uyğun olaraq, tikinti obyektinin istismarına icazənin vahid formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.25. həmin Məcəllənin 102.8-ci maddəsinə uyğun olaraq, tikinti sənədlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.6.26. həmin Məcəllənin 104.4-cü maddəsinə uyğun olaraq, Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;
1.7. altı ay müddətində:
1.7.1. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7.2. "İcbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda tikinti fəaliyyəti subyektlərinin peşə məsuliyyətinin icbari sığortası ilə bağlı dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7.3. "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7.4. şəhərsalma kadastrının yaradılması və aparılması qaydaları ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7.5. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin konsepsiyası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üç ay müddətində:
3.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən etsin;
3.2. həmin Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş halları müəyyən etsin.

4. Müəyyən edilsin ki:
4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.3-cü, 90.4-cü, 92.10-cu, 95.7-ci, 97.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin Məcəllənin 16.2-ci maddəsində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 22.7-ci, 30.3-cü, 32.2-ci, 32.3-cü, 33.1-ci maddələrində, 33.3-cü maddəsinin üçüncü cümləsində, 34.3-cü maddəsində, 35.1-ci maddəsinin ikinci cümləsində, 52.3-cü, 55.1-ci maddələrində, 55.2-ci maddəsinin ikinci cümləsində, 57.3-cü, 58.4-cü maddələrində, 60.1-ci maddəsinin üçüncü cümləsində, 63.1-ci maddəsinin ikinci cümləsində, 67.4-cü maddəsinin ikinci cümləsində, 69.8-ci maddəsində, 75.6-cı maddəsinin ikinci cümləsində, 77.2-ci maddəsinin ikinci cümləsində, 78.1-ci, 78.2-ci, 83.0.5-ci, 98.3-cü, 101.4-cü, 102.8-ci, 104.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.3. həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.4. həmin Məcəllənin 13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində və 24.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini ümumi və baş planlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müfəssəl planlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.5. həmin Məcəllənin 14.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;
4.6. həmin Məcəllənin 32.4-cü maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.2-ci, 44.1-ci maddələrində, 58.2-ci maddəsinin ikinci cümləsində, 59.1-ci, 73.1-ci, 104.2-ci maddələrində, 104.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 35.3-cü maddəsində, 38-ci maddəsində, 40-cı maddəsinin ikinci cümləsində, 41-ci maddəsində, 42.1-ci maddəsinin birinci cümləsində, 43.1-ci maddəsinin birinci cümləsində, 43.2-ci maddəsinin birinci cümləsində, 43.3-cü, 44.3-cü, 47.4.5-ci, 47.4.6-cı, 48.3.3-cü maddələrində, 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 81.1-ci maddəsinin ikinci cümləsində, 82.1-ci (birinci halda), 82.2-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 89.2-ci maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində, 90.3-cü maddəsində, 93.1-ci maddəsinin birinci cümləsində, 94.3-cü, 101.2-ci maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci, 102.6-cı maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.8. həmin Məcəllənin 48.3.5-ci maddəsinin ikinci cümləsində, 65.3-cü maddəsində, 67.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.9. həmin Məcəllənin 49.2.11-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.10. həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 55.3-cü maddəsinin üçüncü cümləsində, 80.5-ci, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində, 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
4.11. həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin uyğunluğunun yoxlanılması zamanı yaşayış evlərinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında tikintisinin yolverilməzliyi, habelə uyğunluğun yoxlanılması zamanı müvafiq tikinti ərazisində mövcud olan mühəndis-kommunikasiya xətləri və onların mühafizə zolağı barədə sifarişçiyə yazılı məlumat verilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən təmin edilir.

5. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilən normativ hüquqi aktlarda dəyişikliklər yalnız Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq
Gəncədə yük avtomobili yanıb
Qərbi Azərbaycandakı 8000 abidəmizin çoxunu ermənilər dağıdıb (FOTOFAKT)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Bakıda avtomobil təmiri sexi yanıb
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
İsveçrə sakini lotereyada 210 milyon avro qazandı
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb
Tereza Mey koronavirusa qarşı peyvənd olundu
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir
İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində (FOTO)
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)
Argentinanın səhiyyə naziri koronavirusa yoluxub
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Bütün xəbərlər