...

Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 7 Sentyabr 2012 17:06 (UTC +04:00)
Bu gün Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib.
Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bu gün Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib.

Trend XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, qəbulda səfir Şusuki Vatanabe 2012-ci ilin ölkələrimiz üçün çox əlamətdar il olduğunu qeyd edib və ölkələrimiz arasında mövcud olan münasibətlərdən məmnunluğunu bildirib.

Xələf Xələfov Azərbaycan və Yaponiya arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsindən razılıq ifadə edib və Yaponiyanın ölkəmizin xarici siyasətində prioritet ölkələrdən olduğunu söyləyib. İki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, təhsil və iqtisadi sahədə uğurla davam etdirildiyini qarşı tərəfin diqqətinə çatdıran nazir müavini Xələf Xələfov, bunun əsasında yüksək səviyyəli siyasi dialoqun olduğunu vurğulayıb.

Görüşdə səfir Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı Yaponiyanın Baş naziri Yoşihiko Noda adından Azərbaycan Prezidenti İlham Əliyevə, Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba adından isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış təbrik məktublarını nazir müavini Xələf Xələfova təqdim edib.

Xələfov, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin adından Yaponiyanın Baş naziri Yoşihiko Nodaya, xarici işlər naziri Elmar Məmmədyarov adından isə Yaponiyanın xarici işlər naziri Koiçiro Qembaya ünvanlanmış təbrik məktublarını qarşı tərəfə təqdim edib.

Xəbər lenti

Xəbər lenti