...

Riçard Morninqstar: ABŞ Azərbaycanın enerji sektorunun güclənməsinə dəstəyini davam etdirəcək (FOTO)

Siyasət Materials 13 Sentyabr 2012 20:31 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilk rəsmi qəbul keçirib.
Riçard Morninqstar: ABŞ Azərbaycanın enerji sektorunun güclənməsinə dəstəyini davam etdirəcək (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilk rəsmi qəbul keçirib.

Trend-in məlumatına görə, tədbirdə Liviyanın Benqazi şəhərində həlak olmuş ABŞ səfirliyinin 4 əməkdaşının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səfir Morninqstar bu məsələdə ABŞ-a göstərdiyi dəstəyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında əlaqələr güclü və çoxşaxəlidir.

Səfirin sözlərinə görə, ikitərəfli əlaqələr əsasən təhlükəsizlik, enerji və daxili islahatları əhatə edir.

Morninqstar bildirib ki, Azərbaycan ilə ABŞ tək regionda deyil, dünyanın digər yerlərində də sabitlik və təhlükəsizliyin təşviqi üçün birgə fəaliyyətlərini davam etdirməlidirlər. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında rolunu yüksək qiymətləndirib.

Dağlıq Qarabağ məsələsinin həllinə toxunan səfir bildirib ki, bu problemin həlli hamının marağındadır. O, həmçinin iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın regional sabitliyə töhfə verdiyini deyib.

Səfirin sözlərinə görə, ABŞ Azərbaycanın enerji sektorunun güclənməsinə dəstəyini davam etdirəcək.

Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycana akkreditə olunmuş diplomatlar, din xadimləri və siyasi partiya rəhbərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti