...

Azərbaycan və Niderland Krallığının fövqəladə hallar üzrə qurumlarının əməkdaşlığı müzakirə olunub

Siyasət Materials 14 Sentyabr 2012 11:03 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan və Niderland Krallığının fövqəladə hallar  üzrə qurumlarının əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, sentyabr 14 /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir görüş zamanı qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Həmçinin hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Niderland Krallığının müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğu qonağın diqqətinə çatdırılıb.

Eyni zamanda, görüş zamanı ölkəmizdə suların idarə olunması ilə əlaqədar görülmüş işlər və bu sahənin inkişaf etdirilməsi məqsədilə Niderland Krallığının bir sıra qabaqcıl şirkətləri ilə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdirildiyi qeyd edilib.

Maksim Verhagen də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında fövqəladə halların idarə olunması üzrə məsul qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti