...

Əli Həsənov: Azərbaycanda iqtidar-müxalifət dialoqunun davamı olacaq

Siyasət Materials 18 Sentyabr 2012 10:37 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, ölkədə iqtidar-müxalifət dialoqunun davamı olacaq.
Əli Həsənov: Azərbaycanda iqtidar-müxalifət dialoqunun davamı olacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, ölkədə iqtidar-müxalifət dialoqunun davamı olacaq.

"Bilirsiniz ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir və seçkilər ilində təmaslarımızı bir az da artıracağıq, proseslərdə fəallaşma müşahidə olunacaq", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi, ayrılmaz institutları olan siyasi partiyalar, mətbuat orqanları, QHT-lərlə işi gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti