...

İran Prezidenti Mahmud Əhmədinejadın Nyu-Yorka səfəri başlayır

Siyasət Materials 22 Sentyabr 2012 11:11 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın bu gün Nyu-Yorka səfəri başlayacaq. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.
İran Prezidenti Mahmud Əhmədinejadın Nyu-Yorka səfəri başlayır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend. müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejadın bu gün Nyu-Yorka səfəri başlayacaq. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Əhmədinejad BMT Baş Məclisinin növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedir. Bu səfərdə Əhmədinejadı 100-ə yaxın dövlət nümayəndəsi və jurnalist müşaiyət edir.

Məlumatda bildirilir ki, İran prezidenti 160 nəfərlik bir nümayəndə heyəti ilə ABŞ-a səfər etmək üçün müraciət ünvanlasa da, İran rəsmilərinin bəzisinə ABŞ-a getmək üçün viza verilməyib və yalnız 100 nəfərin getməsinə viza verilib.

Əhmədinjead Nyu-Yorka 7 günlük səfər zamanı BMT Baş Məclisində çıxış edəcək, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ KİV-lərinə xüsusi müsahibələr verəcək, Nyu-Yorkda yaşayan İranlılarla görüşəcək.

Qeyd edək ki, Əhmədinejadın bu, Nyu-Yorka sayca səkkizinci səfəridir.

Xəbər lenti

Xəbər lenti