...

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 22 Sentyabr 2012 20:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva FIFA U-17 qadınlararası dünya çempionatının tənətənəli açılış mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva FIFA U-17 qadınlararası dünya çempionatının tənətənəli açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter Azərbaycan və Kolumbiya yığmaların futbolçularını salamlayıb, onlara uğur diləyiblər.

Açılış mərasimindən sonra Azərbaycan və Kolumbiya yığmaları arasında oyun başlanıb, Azərbaycanın və Kolumbiyanın dövlət himnləri səsləndi.

17 yaşadək qadınlar arasında dünya çempionatı üçüncü dəfə keçirilir və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edir.

Çempionat oktyabrın 13-də başa çatacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır.

Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycan iştirak edir.

FIFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 28 oktyabr-16 noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Sayca ikinci dünya çempionatı isə Trinidad və Tobaqoda keçirilib.
Azərbaycan ilk dəfə olaraq həm FIFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edir, həm də öz milli U-17 yığması ilə iştirakçı qismində çempionata qatılır.

Dünya çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçirilir. Çempionat üçün 6 stadion ayrılıb. Bunlardan beşi Bakı şəhərində (Tofiq Bəhramov adına Respublika stadionu, Bayıl stadionu, Dalğa Arena, 8 KM stadionu, Şəfa stadionu), biri isə Lənkəran şəhərində (Lənkəran şəhər stadionu) yerləşir.

Xəbər lenti

Xəbər lenti