...

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Siyasət Materials 27 Sentyabr 2012 19:35 (UTC +04:00)
Azərbaycan XİN-də cümə axşamı Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçisi, səfir xanım Antye Lendertze başçılıq edib.
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan XİN-də cümə axşamı Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçisi, səfir xanım Antye Lendertze başçılıq edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini Xələfov Xələfov Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Almaniyanın Azərbaycan üçün vacib strateji ölkə olduğunu diqqətə çatdıran Xələf Xələfov mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin iki ölkə parlamentləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıb və bunun ikitərəfli münasibətlərin vacib komponenti olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir müavini münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının hazırkı vəziyyətindən bəhs edib. O, qeyd edib ki, Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır. Mövcud status kvonun Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulayan nazir müavini bildirib ki, münaqişənin həllinin uzanması regionun Avro-Atlantik məkana inteqrasiyasına əsas maneə təşkil edir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbayanın işğal olunmuş ərazilərini tərk etməli və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar.

Almaniya nümayəndə heyətinin başçısı, xanım Antye Lendertze ölkəmizə səfərindən və ölkələrimiz arasında müxtəlif sahələrdə faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirib. Azərbaycanı ölkəsi üçün strateji tərəfdaş və regionda əsas partnyor ölkə hesab etdiyini qeyd edərək, bu kimi məsləhətləşmələrin müntəzəm keçirilməsinin mövcud münasibətlərin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzunun artdığını və BMT TŞ-nin qeyri-daimi üzvü kimi ölkəmizlə müxtəlif çoxtərəfli formatlarda əməkdaşlığa və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini nəzərə çatdırıb.

İqtisadi sahədə iki ölkə arasında mövcud olan imkanlara diqqət çəkən Almaniya tərəfi, qarşlılıqlı investisiyaların, xüsusilə kiçik və orta həcmli şirkətlərin fəaliyyətinin təşviq edilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, böyük Almaniya şirkətlərinin də Azərbaycan tərəfindən elan olunmuş tenderlərdə iştirakını ön plana çəkib. Xanım Antye Lendertze ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından olduqca mühüm olan Azərbaycan-Almaniya Ticarət Palatasının yaxında fəaliyyətə başlamasını xüsusilə qeyd edib.

Xanım Antye Lendertze həmçinin, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu qeyd edib, bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiya prosesindəki əldə etdiyi uğurları yüksək qiymətləndirən qonaq, ölkəmizin BMT və digər beynəlxalq təşkilatlarda konstruktiv rol oynadığını bildirib.

Xəbər lenti

Xəbər lenti