...

Rusiya Qəbələ RLS-in icarə müddətini artırmağı təklif edir - KİV (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Sentyabr 2012 10:40 (UTC +04:00)
Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsini əvvəlki şərtlər daxilində iki-üç il müddətinə uzadacaqlar.
Rusiya Qəbələ RLS-in icarə müddətini artırmağı təklif edir - KİV (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsini əvvəlki şərtlər daxilində iki-üç il müddətinə uzadacaqlar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə məlumatlı mənbə xəbər verib.

Danışıqlar prosesinə yaxın olan mənbənin sözlərinə görə, Rusiya Qəbələ RLS-in icarəsi üzrə Azərbaycanla bağladığı müqaviləni ehtimal ki, maksimum üç illiyə uzadacaq. Lakin bu zaman həmin müddət üzrə müqavilənin parametrləri əvvəlki kimi qalacaq.

"Hazırda söhbət müqavilənin müddətinin bugünkü mövcud, o cümlədən maliyyə parametrləri ilə iki-üç illiyə uzadılmasından gedir", - agentliyin müsahibi bildirib.

Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri hələ ki bu barədə rəsmi açıqlama yaymayıblar.

Xəbər lenti

Xəbər lenti