...

Qənirə Paşayeva: Gürcüstanda parlament seçkiləri normal davam edir

Siyasət Materials 1 Oktyabr 2012 19:17 (UTC +04:00)
Azərbaycan MSK-nın sədri Məzahir Pənahovun başçılıq etdiyi heyət və AŞ PA müşahidəçilər qrupunun üzvü Qənirə Paşayeva Gürcüstanda parlament seçkilərini izləyiblər.
Qənirə Paşayeva: Gürcüstanda parlament seçkiləri normal davam edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan MSK-nın sədri Məzahir Pənahovun başçılıq etdiyi heyət və AŞ PA müşahidəçilər qrupunun üzvü Qənirə Paşayeva Gürcüstanda parlament seçkilərini izləyiblər.

Trend-in məlumatına görə, onlar Tbilisi, Msxeta və Marneulidə seçkiləri izləyiblər.

"Biz səhər tezdən məntəqələrin qapıları seçicilərə açılandan seçki prosesini izləyirik. Biz izlədiyimiz məntəqələrdə seçkilər normal gedir. Azərbaycanlıların kompakt yaşadığı seçki məntəqələrində də olduq. Seçkilər davam edir. Səsvermə prosesi bitdikdən sonra səslərin hesablanması aparılacaq və ilkin açıqlamalar elan olunacaq. AŞ PA-nın müşahidəçiləri axşama qədər seçkiləri izlədikdən sonra Gürcüstan paytaxtına toplaşacaq və qeyd etdikləri müşahidələri müzakirə edəcəklər. Sabah AŞ-nin, ATƏT-in Gürcüstanda parlament seçkilərinə aid ilkin rəyi açıqlanacaq", - Paşayeva bildirib.

Millət vəkili Marneuli şəhərindəki seçki məntəqələrində də olduqlarını deyib.

"AŞ PA seçkilərin demokratik, şəffaf, ədalətli keçirilməsini istəyir. Gürcüstanın rəsmi şəxsləri də görüşlərdə rəsmən bildiriblər ki, Gürcüstanda baş tutacaq parlament seçkiləri şəffaf və demokratik başa çatacaq. AŞ Gürcüstanda sabitlik olmasında maraqlıdır. Azərbaycan üçün Gürcüstan dost və müttəfiq ölkədir. Burada yarım milyon soydaşımız yaşayır", - o deyib.

Xəbər lenti

Xəbər lenti