...

Azərbaycan diasporunun Moskvada keçirdiyi mitinq insidentsiz ötüşüb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2012 17:45 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, mitinqin keçirilməsi üçün Moskva meriyasından icazə alınıb. Mitinqdə 400-dən çox insan iştirak edir.
Azərbaycan diasporunun Moskvada keçirdiyi mitinq insidentsiz ötüşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Moskvanın "Krasnopresnenskaya zastava" meydanında Azərbaycan diasporunun mitinqi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, mitinqin keçirilməsi üçün Moskva meriyasından icazə alınıb. Mitinqdə 400-dən çox insan iştirak edir.

Mitinqə axın davam edir. Aksiyada azərbaycanlılarla yanaşı, ruslar da iştirak edirlər.

Mitinq keçirilməsi təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) və Moskvada yaşayan azərbaycanlı gənclər çıxış edib. Mitinqdə ÜAK-ın baş katibi Mikayıl Hüseynov və Konqresin Moskva Regional Təşkilatının rəhbəri İlqar Hacıyev çıxış edərək Azərbaycan və Rusiyanın tarixi dostluğundan danışıblar.

Mitinqdə, əsasən, "Millətlərarası münaqişələrə yox!", "Vladimir Putinin siyasətinə dəstək!" kimi şüarlar səsləndirilib.

Mitinq artıq başa çatıb və aksiya insidentsiz ötüşüb.

Xəbər lenti

Xəbər lenti