...

İlham Əliyev Estoniyanın keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2012 19:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.
İlham Əliyev Estoniyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığı vurğulandı, müzakirə olunacaq mövzuların əhəmiyyəti qeyd edildi, qarşıda duran məsələlərin həlli ilə bağlı ümumi meyarların işlənib hazırlanması baxımından Forumun vacibliyi bildirildi.

Forumda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin iştirakının önəmi qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğu bildirildi, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti