...

NATO baş katibinin mandatı bir il uzadılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Oktyabr 2012 15:51 (UTC +04:00)
ATO Şurası Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussenin səlahiyyətlərini 2014-cü il iyulun 31-dək uzadıb.
NATO baş katibinin mandatı bir il uzadılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

NATO Şurası Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussenin səlahiyyətlərini 2014-cü il iyulun 31-dək uzadıb. Trend-in məlumatına görə, bu barədə alyansın çərşənbə ügün yaydığı məlumatda bildirilir.

"Müttəfiq dövlətlər baş katib Anders Foq Rasmusseni əsasən müttəfiqlərlə razılaşdırılmış qərarlar əsasında NATO-nun vəzifə və tapşırıqlarının yerinə yetirilməsinə həsr olunmuş işini dəstəkləyir", - məlumatda deyilir.

Danimarkanın Baş naziri Anders Foq Rasmussen 2009-cu il aprelin 4-də Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə seçilib. Ertəsi gün o, Danimarkanın Baş naziri postundan istefa verib. O zaman yalnız Türkiyə Rasmussenin NATO-nun 27 üzvü ilə razılaşdırılmış namizədliyini dəstəkləməkdən imtina etmişdi.

Qeyd edək ki, NATO baş katibinin mandatının müddəti 2013-cü ildə bitirdi.

Xəbər lenti

Xəbər lenti