...

Ramil Usubov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Siyasət Materials 3 Oktyabr 2012 16:17 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə günü səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib.
Ramil Usubov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə günü səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir son illər Daxili İşlər Nazirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın dərinləşməsindən məmnunluğunu ifadə edib və bu işdə Akçuranın əməyini yüksək qiymətləndirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Respublikamızın BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq konvensiyalarına və protokollarına qoşulduğunu, dünyanın bu ən mötəbər təşkilatının bir sıra qurumları ilə fəal və səmərəli əməkdaşlıq etdiyini qeyd edən nazir, həyata keçirilən müxtəlif layihələrdə Azərbaycan DİN-in də yaxından iştirak etdiyini vurğulayıb.

Fikrət Akçura fəaliyyəti müddətində ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda özünü tam təhlükəsiz hiss etdiyini, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə hüquq-mühafizə orqanları, həmçinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti