...

Azərbaycanda bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələri dəyişdirilib

Siyasət Materials 3 Oktyabr 2012 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələri dəyişdirilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin hakimləri təyin edilsinlər:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Ağayev Zeynal Qurban oğlu
Bayramov Mayıl Abbas oğlu
Hüseynov Cavid İbadulla oğlu
Qəribov Fikrət Atlıxan oğlu
Orucov Azər Kəlpəli oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Cəfərov Rafiq Musa oğlu

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin ediliblər:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Alıyeva Sevinc Telman qızı
Bayramov Müseyib Seyfəddin oğlu
Əsədova Tahirə Əlif qızı

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

İmanov Xaliq Xalıq oğlu
Rzayev Rəşid Şükür oğlu

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

Qasımov Elçin Lütvəli oğlu

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq Nəcəfov Əmrah Bəzməddin oğlu Füzuli Hərbi Məhkəməsinin hakimi təyin edilib.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin hakimləri təyin ediliblər:

Binəqədi Rayon Məhkəməsi

Rzayev Abbas Əhəd oğlu

Xətai Rayon Məhkəməsi
Səlimova Səadət Rəşid qızı
Tağıyev Nazim Hüsü oğlu

Xəzər Rayon Məhkəməsi
Həsənov Rəşad Məhəmməd oğlu
Qaralov İlqar Zahid oğlu
Qəhrəmanov Əkrəm Sabir oğlu

Qaradağ Rayon Məhkəməsi
Hüseynov Fuad Ələsgər oğlu

Nəsimi Rayon Məhkəməsi
Mehdiyev Emin Əlixan oğlu
Şirinov İkram Sabir oğlu

Səbail Rayon Məhkəməsi
Hüseynov Araz Firidun oğlu

Suraxanı Rayon Məhkəməsi
Qədimov Ceyhun Tofiq oğlu

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin hakimləri təyin ediliblər:

Abşeron Rayon Məhkəməsi

Abasov Şəmsəddin Rizalı oğlu

Gədəbəy Rayon Məhkəməsi
Kazımov Marif Sabir oğlu

İmişli rayon məhkəməsi
Qənbərov Ülvi Oktay oğlu

Kürdəmir Rayon Məhkəməsi
Bağırov Rafiq Sultan oğlu

Mingəçevir Şəhər Məhkəməsi
Şəfiyev İspəndiyar Əsəd oğlu

Salyan Rayon Məhkəməsi
Tağıyev Xəqani Qəhrəman oğlu

Şəki Rayon Məhkəməsi
Nuriyev Mehman Bağış oğlu

Şirvan Şəhər Məhkəməsi
Qurbanov Elçin Firudin oğlu

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının məhkəmələrinin hakimləri təyin ediliblər:

Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi

Abbasov Fərman Məmməd oğlu

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsi

Xıdırov Əhliman Mehman oğlu

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Quliyev Nizami Fərzi oğlu Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Süleymanov Elxan Xasay oğlu Göyçay Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Mahmudov İlham Ağa oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Paşayev Tofiq Temir oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Kazımov Rasim Sarı oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin;
Cəfərov Namiq Şamil oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Kazımov Araz Nurəddin oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Qarayev Malik İbrahim oğlu Hacıqabul Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sabirabad Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Ağayev Süleyman Əhməd oğlu İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əfəndiyev Fərhad Məmməd oğlu Mingəçevir Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Səmədov Ağarza Hacırza oğlu Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bərdə Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Əzizov Həmid Novruz oğlu Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Hacıyev Qurban Həmid oğlu Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin.

Xəbər lenti

Xəbər lenti