...

Türkiyə Suriya sərhədinə hərbi texnika cəmləməkdə davam edir

Siyasət Materials 8 Oktyabr 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə parlamentinin Suriyaya qarşı transsərhəd əməliyyatların aparılmasına icazə verən qərarı qəbul etməsindən sonra Türkiyə Suriya ilə sərhədə hərbi texnika cəmləməkdə davam edir.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, hərbi texnika Şanlıurfa vilayətinin Suruç rayonuna cəmləşdirilir. Sərhədə aktiv-reaktiv mərmilər və çoxsaylı hərbi kontingent gətirilir.

Qeyd edək ki, oktyabrın 3-də Suriyadan Türkiyə ərazisinə atılan mərmi beş nəfərin ölümünə səbəb olub. Mərmi Şanlıurfa vilayətinin Akçakale şəhərində partlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti