...

Saakaşvili və İvanişvili üst-üstə düşən xarici siyasi prioritetlər barədə danışıblar

Siyasət Materials 9 Oktyabr 2012 14:56 (UTC +04:00)
Tbilisidəki Prezident sarayında Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə parlament seçkilərində qalib gəlmiş müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilinin ilk birbaşa görüşü baş tutub.
Saakaşvili və İvanişvili üst-üstə düşən xarici siyasi prioritetlər barədə danışıblar

Gürcüstan, Tbilisi, 9 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidəki Prezident sarayında Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə parlament seçkilərində qalib gəlmiş müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilinin ilk birbaşa görüşü baş tutub. Görüş saat yarıma yaxın davam edib.

İlk olaraq jurnalistlər qarşısına çıxan İvanişvili ölkədə demokratiyanın möhkəmlənməsi işində öz siyasi gücünün istisnasız rolundan danışıb.

"Bugünkü görüş mən və mənim komandamın Gürcüstan siyasətinə gətirdiyi həmin sağlam siyasətin davamıdır. Yarada bildiyimiz hakimiyyətin demokratik yolla dəyişdirilməsi nümunəsi, biz rəqiblərimizin şərəfsiz fəaliyyətinə ləyaqətlə cavab verə bilməyimiz Gürcüstan tarixində layiqincə qiymətləndiriləcək. Mən hamını rəqiblərimizə onların layiq olduqları kimi yox, ölkəmizin, tariximizin və mədəniyyətimizin layiq olduğu kimi yanaşmalarına çağırıram", - Trend-in məlumatına görə, İvanişvili jurnalistlərə bildirib.

O qeyd edib ki, "tərəflər ümumi xarici siyasi prioritetləri müzakirə ediblər".

"Prioritetlər, əsasən, Gürcüstanın Aİ və NATO-ya daxil olma cəhdlərində üst-üstə düşürlər, - İvanişvili deyib. - Bizim görüşə bilməyimiz çox yaxşıdır və biz sübut etməliyik ki, biz mədəni xalqıq və öz rəqiblərimizlə demokratik şəraitdə yaşaya bilirik".

O, Saakaşvilinin seçkilərdən dərhal sonra müxalifətin seçkilərdə qalib gəldiyini bəyan etməsini alqışlayıb.

Öz növbəsində, Gürcüstan Prezidenti Mixail Saakaşvili qeyd edib ki, Gürcüstan hakimiyyətin demokratik yolla müxalifətə keçdiyi "tarixi prosesi" keçir.

"Biz hakimiyyətin funksiyalarının çox hissəsini dinc yolla müxalifətə veririk ki, bu da regionda ilk dəfədir baş verir. Gürcüstan xalqı seçim edib və biz xalqımızın seçiminə hörmət edirik. Gürcüstan xalqı siyasi prosesi müəyyən edir. Biz bu gün söhbət etdik və aramızda rəqiblərimizlə əsaslı fikir ayrılıqları qalır, lakin biz cavabdeh hakimiyyət kimi və mən prezident kimi, keçmişdə heç vaxt olmadığı kimi hakimiyyətin asayiş pozuntusu olmadan verilməsini təmin edirik. Biz demokratiyanı və seçkilərin gələcəkdə də demokratik keçirilməsi və Gürcüstan xalqının inkişaf perspektivlərinin meydana gəlməsi üçün nail olduqlarımızı qoruyub saxlamalıyıq. Mən prezident kimi və biz vətəndaşlarımızın hüquqlarının qorunması üçün hər şeyi edəcəyik", - o qeyd edib.

Saakaşvili bildirib ki, baş verənləri Gürcüstan xalqı özü qiymətləndirəcək.

"Təhlil etmək üçün, hər şeyə vaxt lazımdır. İndi isə diqqəti gələcəyə cəmləşdirmək lazımdır. Mən əminəm ki, bizi böyük gələcək gözləyir və mənim siyasi qüvvəm bu gələcəyin bir hissəsi olmaq fikrindədir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti