...

Özbəkistan Prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 10 Oktyabr 2012 15:37 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri zamanı siyasi dialoqun fəallaşdırılması, regional təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, ticari-iqtisadi əməkdaşlığın və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri daxil olmaqla ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə edəcək.
Özbəkistan Prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Özbəkistan Prezidenti İslam Kərimov oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri zamanı siyasi dialoqun fəallaşdırılması, regional təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, ticari-iqtisadi əməkdaşlığın və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri daxil olmaqla ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə edəcək. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbə bildirib.

İki ölkənin dövlət başçılarının danışıqları oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin iqamətgahında keçiriləcək.

Danışıqların yekunu üzrə bır sıra sənədlərin imzalanması planlaşdırılır.

Kərimovun səfər proqramında, həmçinin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etmək planlaşdırılır ki, burada ümummilli lider Heydər Əliyevin məzarının və "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti