...

Rusiyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb

Siyasət Materials 11 Oktyabr 2012 17:13 (UTC +04:00)
Rusiyanın Ankaradakı səfiri Vladimir İvanovski Moskva-Dəməşq reysini həyata keçirən təyyarənin Türkiyə paytaxtında saxlanılması ilə əlaqədar bu gün Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Rusiyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Rusiyanın Ankaradakı səfiri Vladimir İvanovski Moskva-Dəməşq reysini həyata keçirən təyyarənin Türkiyə paytaxtında saxlanılması ilə əlaqədar bu gün Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Trend cümə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, çərşənbə günü Türkiyə HHQ-yə məxsus F-16 qırıcıları Moskvadan Dəməşqə uçan, göyərtəsində 35 sərnişinin olduğu Suriyanın "Аirbus А-320" təyyarəsini Ankara aeroportunda yerə enməyə məcbur edib. Səbəb kimi təyyarənin göyərtəsində hərbi yükün olması ehtimalı irəli sürülüb.

Suriya təyyarəsinin göyərtəsində axtarış beş saat davam edib. Türkiyə tərəfi axtarışın nəticələri üzrə hərbi məqsədlər üçün istifadə olunan radiostansiyaların hissələrinin aşkar edildiyini elan edib.

Daha sonra Türkiyə Suriya təyyarəsinə Ankaradan yola düşməyə icazə verib, lakin göyərtədəki yükün bir hissəsinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti